29-31 mart 2023-cü il tarixlərində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin nümayəndələri üçün “Səriştə əsaslı insan resurslarının idarə edilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə təlimçilər üçün təlim” təşkil edilib.
Təlim zamanı layihənin ekspertləri Eduard Zakarçenko və Kristina Jakubaityte-Revutiene tərəfindən təqdimatlar nümayiş olunub və iştirakçılarla insan resursların idarəedilməsinin məqsədi, səriştə əsaslı insan resurslarının idareedilməsinə dair müzakirələr aparılıb.
Təlimin ilk günü nəzəri və praktiki xarakter daşıyıb və “İnsan Resurslarının İdarəedilməsinin məqsədi”, “Səriştə əsaslı insan resurslarının idarəedilməsinin məqsədi, əsas vəzifələr və məsuliyyətlər”, “Peşəkar insan resurslarının idarəedilməsinin nəticələri” kimi mövzuları əhatə edən ətraflı təqdimat nümayiş olunub.
Təlimin 2-ci günü praktiki məşğələ ilə davam edib. Belə ki, səriştə modelinin konseptual və metodoloji çərçivəsi, səriştə modelinin izahı üzrə təqdimatlar edilib və qrup işi keçirilib.
Təlimin sonuncu günü praktik məşğələ “Səriştə əsaslı işə qəbul prosesi”, “Müsahibə metodunun üstünlükləri”, “Müsahibənin gedişatı”, “Namizədin müsbət təcrübəsi” və “Keyfiyyət təminatı” mövzuları ətrafında təqdimatlar, müzakirələr və qrup işlərini əhatə edib.
Qeyd edək ki, analoji təlim növbəti həftə dövlət orqanlarının nümayəndələri üçün təşkil olunacaq.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.
Layihə ilə əlaqəli digər xəbərlərə keçidlər: