13 mart 2018-ci il tarixində Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri və Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının iştirakı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” ENPI/2016/378418 Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir.
Layihənin “fəaliyyətin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi”nə həsr olunan üçüncü komponenti çərçivəsində işlərin yarısı artıq tamamlanmışdır. Litvalı mütəxəssislər azərbaycanlı həmkarları ilə birgə mövcud fəaliyyətin qiymətləndirilməsi sisteminin təhlilini həyata keçirmişlər.
Qeyd edək ki, Azərbaycanda fəaliyyətin qiymətləndirilməsi hələ yeni alətdir və sadəcə 3 ildir ki, praktikada həyata keçirilir. Təhlilin nəticələrinə əsasən, sistemin təkmilləşdirilməsinə dair bir sıra tövsiyələr verilmişdir: təşkilatın strateji məqsədləri və işçinin fərdi fəaliyyət məqsədləri arasında daha güclü əlaqə; fəaliyyətin qiymətləndirilməsi nəticələrinin vəzifədə yüksəlmə; əmək haqqı və eləcə də təlim ehtiyaclarının qiymətləndirilməsi və planlaşdırılması ilə əlaqələndirilməsi. İki sahədə fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsi təklif edilir – fəaliyyətin nəticələri və kompetensiyalar üzrə. Qanunda qeyd olunan mövcud fəaliyyətin qiymətləndirilməsi meyarlarının müxtəlif qrup dövlət qulluqçuları üçün fəaliyyətin qiymələndirilməsi indikatorları ilə əvəz edilməsi təklif edilir. Fəaliyyətin qiymətləndirilməsi meyarları qanunvericilik və metodoloji təlimatlarda daha sonra təsbit edilə bilər. Bu mövcud fəaliyyətin qiymətləndirilməsi meyarlarının uyğunlaşdırılması və yaxud yenilərinin tətbiqini asanlaşdıracaqdır.
Fəaliyyətin qiymətləndirilməsi üzrə təkliflər dövlət qulluqçularının vəzifələrinin təsnifatı ilə sıx bağlıdır. Bu zaman ümumi və ya xüsusi fəaliyyət sahəsində çalışan dövlət qulluqçuları, eləcə də rəhbər işçilər üçün fərqli meyarlar tətbiq edilməlidir. Kompetensiyalar dövlət qulluqçusunun vəzifə təlimatında təsvir edilən bilik və bacarıqlar səviyyəsinə uyğun qiymətləndirilməlidir.
Eləcə də fəaliyyətin qiymətləndirilməsində özünü qiymətləndirmə, daxili komissiyalar, müsahibə və yüksək rəhbər işçilər üçün 360 dərəcə əksəlaqə (feedback) və s. yeni metodların tətbiqi də təklif olunur. Əsas diqqət özünü qiymətləndirmə metoduna yönəldilməlidir, çünki bu metod birbaşa olaraq qiymətləndirilənlərin prosesə cəlb olunmasını təmin edir və onların peşəkar inkişaf imkanlarını aydınlaşdırmağa kömək edir. Bu metodun tətbiq edilməsi daha çox tövsiyə olunur və bunun üçün onun qanunvericilikdə ətraflı şəkildə öz əksini tapması vacibdir. Bu sahədə müvafiq təlimlə keçirməklə də işçilərin prosesə cəlb olunmasını və motivasiyanı artırmaq olar.
Bütün qeyd olunan metodlar seminarın gedişində iştirakçılarla müzakirə edilmişdir.
Litvalı ekspertlərin təklifləri dövlət qurumları ilə keçiriləcək pilot layihədə praktiki olaraq həyata keçiriləcəkdir.
RESULTS OF THE TWINNING PROJECT ENPI/2016/378418, AZ/15/ENP/OT/40 “SUPPORT TO FURTHER REFORMS OF THE CIVIL SERVICE SYSTEM IN AZERBAIJAN” ON PERFORMANCE ASSESSMENT
On March 13, 2018 with participation of representatives from central executive authorities and State Examination Center of the Republic of Azerbaijan next seminar was held in the framework of EU-funded Twinning project “Support to further reforms in the civil service system of Azerbaijan” ENPI/2016/378418.
The third part of Project, related to the improvement of performance appraisal system, has reached its medium. Lithuanian short-term experts together with colleagues from Azerbaijan side analyzed current performance assessment system. It should be noted that performance assessment is quite new instrument in Azerbaijan – it is practiced only for three cycles. Following the results of the analysis a set of recommendations for the improvement of the system is proposed – stronger linkage between strategic organisational goals and individual performance targets, connection of the performance appraisal results with promotion and remuneration as well as with training needs assessment and planning.
It is proposed to introduce two areas of performance assessment: assessment of the performance results and competencies. A replacement of current performance assessment criteria foreseen in the Law with the statement of the aim of performance appraisal for different groups of civil servants is strongly recommended. The set of performance appraisal criteria should be elaborated in the secondary legislation and methodological guidelines. This would increase flexibility to adjust performance appraisal criteria or introduce the new ones.
The proposals for the performance appraisal improvement are closely related with the earlier submitted proposals on classification of civil servants’ positions. Different performance appraisal criteria should be used for civil servants working in general or special area of activity and also for the managers. Competencies should be assessed in accordance to the level of skills and abilities defined in a job description of civil servant.
New methods of performance assessment are suggested – self-assessment, internal commissions, interview, 360 degrees assessment of competencies for top managers. Special attention should be devoted to the self-assessment as this method directly involves those being evaluated in the assessment procedure and helps to identify opportunities for professional development. It is strongly recommended to develop this method – described in details in the secondary legislation with relevant training it could result the higher involvement of employees and motivation.
All those instruments were presented and discussed with the stakeholders during the meetings and seminar.
The proposals of Lithuanian experts will be practically implemented in the pilot project with state institutions.