Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər 11 iyul tarixindən etibarən “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- İmtahana buraxılış vərəqəsi;
Dini mənəvi xidmət ixtisası üzrə Dini Psixoloji Komissiya 15 - 17 iyul 2026-cı il tarixlərində Bakı İlahiyyat Kollecində (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin dini mənəvi xidmət ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.