Dövlət İmtahan Mərkəzi tərəfindən 16 oktyabr 2025-ci il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
BB vəzifə qrupu üzrə test imtahanı 16 oktyabr saat 11:00-da elektron formada keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 17 sentyabr saat 12:00-dan 2 oktyabr saat 18:00-dək aparılacaq.