Həftə içi günlərində İdman Akademiyasında abituriyentlərə ərizə qəbulu, qabiliyyət imtahanları və onlara qeydiyyatla bağlı texniki məsələlərdə dəstək göstərilir
Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu, qabiliyyət imtahanları, imtahanlarda iştirak etmək üçün qeydiyyat prosesi və s. haqqında ödənişsiz texniki dəstək göstərilir.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 1-5-ci günləri, saat 10-dan 17-dək Akademiyaya müraciət edə bilərlər.
Ünvan: Bakı ş., Fətəli xan Xoyski prospekti, 98.