Dövlət İmtahan Mərkəzində 10-14 avqust 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda informasiya texnologiyaları (İT), daxili audit və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Cisco Systems, Inc. təşkilatının “Cisco Certified Network Associate” (200-301) sertifikat imtahanı;
- Institute of Internal Auditors təşkilatının “CIA Exam Part Two: Practice of Internal Auditing” (IIA--CIA--Part2) sertifikat imtahanı;
- Oracle Certification Program korporasiyasının “Java SE 8 Programmer II” (1Z0-809) sertifikat imtahanı;
- PMI - Project Management Institute təşkilatının “Program Management Professional (PgMP)®” sertifikat imtahanı.
Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, II, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin IV günləri |
Səhər növbəsi: 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.