Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “S.S.Axundov və Ə.Rəcəbli küçələrinin kəsişməsində yerləşən imtahan korpusu və Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binada bərk məişət tullantılarının yığılması və daşınması” xidmətinin satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “KASCO-RCP-H” MMC (VÖEN: 1701825901) qalib elan olunmuş və həmin şirkətlə 19 440,00 (on doqquz min dörd yüz qırx) manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.