Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “Canon Opscan 16 və Canon DR-X10C skanerlərin ehtiyat hissələrinin” satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “OCE SOLUTION” MMC (VÖEN: 1402998371) qalib elan olunmuş və həmin şirkətlə 36 065, 52 (otuz altı min altmış beş manat 52 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 15 iş günüdür.