Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “yumşaq inventarların” satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “DRESS UNİFORM” MMC (VÖEN: 2602970051) qalib elan olunmuş və həmin şirkətlə 5 109, 40 (beş min yüz doqquz) manat, 40 qəpik məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 15 iş günüdür.