Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən Şəki şəhəri, Salman Mümtaz küçəsi, 8 ünvanında yerləşən binanın icarəsi xidmətinin satın alınması ilə əlaqədar bir mənbədən satınalma metodu tətbiq olunmuş, “fiziki şəxs Mirzəyev Mübariz Abdulla oğlu” (VÖEN: 3003617762) ilə 36 000,00 (otuz altı min) manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.