Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “təlimlərin təşkili məqsədi ilə dəvət olunan əməkdaşlar, qapalı rejimdə çalışan əməkdaşlar, qabiliyyət imtahanına cəlb olunmuş əməkdaşlar üçün və digər tədbirlərin təşkili üçün yeməklərin hazırlanması və çatdırılması” xidmətlərinin satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderdə “TAIS IKF” MMC (VÖEN: 1400019741) qalib elan olunmuş və həmin şirkətlə 138 260, 60 manat (yüz otuz səkkiz min iki yüz altmış manat 60 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.