• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Bu gündən etibarən zal nəzarətçisi sertifikatı almaq üçün elektron qeydiyyat başlanır

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      05.10.2022 03:47

      Namizədlər ilk növbədə DİM-in saytında “Şəxsi kabinet” açmalı və verilən linkə daxil olaraq 20 dekabr 2022-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.

      Qeydiyyat üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

      -  Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

      -  Ali və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsilinə malik olmalıdır;

      -  Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir təşkilatda işləməlidir (dövlət qulluğu sertifikatı əldə edən və pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan şəxslərdən iş yeri tələb olunmur);

      -  Yaşı 22-45 arası olmalıdır;

      -  Fiziki cəhətdən sağlam olmalıdır;

      -  Məhkumluğu olmamalıdır. 

      Namizədlərin qeydiyyatdan keçdikdən bir neçə gün sonra elektron poçt ünvanı və ya mobil nömrələrinə müsahibəyə qeydiyyatla bağlı bildiriş göndərilir. Namizədlər elektron anketə daxil olaraq müsahibə günü, vaxtını seçir və aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

      -  Elektron sistemə daxil etdiyi anket;

      -  Şəxsiyyət vəsiqəsi;

      -  Təhsil haqqında sənədin əsli (diplom);

      -  İş yeri haqqında arayış (olduğu təqdirdə);

      -  Məhkumluq barədə arayış;

      - Dövlət qulluğu sertifikatı olan şəxslər müvafiq sertifikatı.

      Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul olduqda namizədə ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvətlə bağlı bildiriş göndərilir. Elektron anketə daxil olaraq test imtahanının vaxtını, yerini seçir və imtahanda iştirak edir. İntellekt səviyyəsini yoxlayan test imtahanından ən azı 40% nəticə göstərən və psixometrik testin nəticəsi məqbul olan namizədlər növbəti mərhələyə buraxılır və təlimlərə cəlb edilir. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizəd elektron poçt ünvanı və ya mobil nömrəsinə bildiriş gəldikdən sonra elektron anketinə daxil olaraq təlimin vaxtı və yerini seçir. Təlimlər iki gün ərzində keçirilir. Namizəd təlimləri uğurla başa vurduqdan sonra ona imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına dəvət üçün bildiriş göndərilir. Elektron anketə daxil olaraq test imtahanının vaxtını, yerini seçir və imtahanda iştirak edir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur və Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir. Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyənin yoxlanılması üçün ilkin test imtahanından əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair test imtahanından topladığı balın 60 %-i toplanır. Yekunda yalnız ən az 60%-lik nəticə göstərən namizədlər zal nəzarətçisi sertifikatı əldə edirlər.

      İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.

      Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesində ümumi intellekt səviyyəsini yoxlayan test imtahanı və təlimlər mərhələsi ödənişlidir.

      Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, n.kazimov@dim.gov.az ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

      Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları   


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram