Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edəcək yeni qadın əməkdaşlarla keçirilən təlimlər başa çatıb.
Təlimlərə 12 oktyabr – 15 dekabr 2022-ci il tarixləri arasında buraxılış rejimini aparan qadın əməkdaş qismində ilk dəfə elektron qeydiyyatdan keçən, həmçinin təcrübəsi az olan 250 nəfər iştirak edib.
Təlimlərin:
- bazaya yeni cəlb olunmuş əməkdaşların fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;
- təhlükəsizlik tədbirləri və buraxılış rejiminin gedişi ilə bağlı qaydaları izah etmək;
- imtahan iştirakçıları ilə münasibətlərin və etik davranış qaydalarının tənzimlənməsində əsas tutulmalı qaydaları diqqətə çatdırmaq;
- buraxılış prosesində rast gəlinəcək problemlərin həll yollarını müzakirə etmək;
- xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.
Təlimlər 15-20 nəfərlik qruplarla həyata keçirilib.
Qeyd edək ki, “Buraxılış rejimini aparan əməkdaş” sistemində olan ümumilikdə 2000 nəfərin anket məlumatları dəqiqləşdirilərək redaktələr aparılıb. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər əməkdaşlar üçün də hər imtahana təyinat aldıqdan bir neçə gün əvvəl xüsusi təlimlər keçiriləcək.