Dövlət İmtahan Mərkəzində (DİM) 5-9 oktyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda audit, IT və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Institute of Internal Auditors təşkilatının “Certification in Risk Management Assurance” (IIA--CRMA) sertifikat imtahanı;
- Oracle Certification Program təşkilatının “Oracle Database 11g: Program with PL/SQL” (1Z0-144) sertifikat imtahanı;
- PMI - Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®” sertifikat imtahanı.
Hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin II günləri |
Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.