Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan, Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir.
Növbəti təlimlərə sentyabrın 11-də start verilib və sentyabrın 15-dək Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında təşkil olunacaq.
Qazax-Tovuz iqtisadi rayonu üzrə ilk təlimlər 11 sentyabr -12 sentyabr tarixlərində Ağstafa Rayon Mədəniyyət Mərkəzində “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, Tovuz Rayon Tarix-Diyarşünaslıq Müzeyində “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”, Qazax Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, Şəmkir Rayon Heydər Əliyev Mərkəzində “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib.
Təlim zamanı mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.