Dövlət İmtahan Mərkəzində 1-4 sentyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda marketinq və IT sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Digital Marketing Institute təşkilatının “Certified Digital Marketing Professional (CDMP8.0)” sertifikat imtahanı;
- Cisco Systems, Inc. təşkilatının “Cisco Certified Network Associate (200-301)” sertifikat imtahanı.
Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, II, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin IV günləri |
Səhər növbəsi: 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.