Gündəlik məsələ coğrafiya fənnindən 6 iyul 2022‑ci il tarixində, riyaziyyat fənnindən isə 22 may 2022-сi il tarixində keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Hər iki fənn üzrə tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
Coğrafiya fənnindən tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodiki səhvlər yoxdur. Tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsinə imkan verir.
Müzakirə nəticəsində abituriyentlərin zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
17 fevral 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.