Gündəlik məsələ fizika fənnindən hərbi liseylərə qəbul imtahanı, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənlərindən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.