8-13 iyun 2020-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” və Chartered Institute of Management Accountants institutunun “P1 Management Accounting” adlı sertifikat imtahanları keçirilib.
Ümumilikdə imtahanlarda həftə ərzində 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün qaydalara və prosedurlara riayət olunub.
Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin, ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox imtahan |
Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri |
Səhər növbəsi: 08:30–13:30
Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE-Academic) |
Hər həftənin cümə axşamı günləri |
Səhər növbəsi: 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.