Dövlət İmtahan Mərkəzində 14-18 dekabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və İT və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
Təşkilat |
İmtahan |
Oracle Database SQL (1Z0-071) |
|
Project Management Professional (PMP)® |
Ümumilikdə imtahanlarda 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyena qaydalarına riayət olunub.
DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:
- “Pearson VUE”-nun 100-dən çox professional imtahanı - hər həftənin I, III, V günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
- “Pearson Test of English Academic” (PTE Academic) - hər həftənin II günləri (günorta növbəsi: 14:00-17:00)
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.