Dövlət İmtahan Mərkəzində 28 sentyabr – 2 oktyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan IT, audit, akademik ingilis dili və tibb sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Royal College of Obstetricians and Gynaecologists təşkilatının “MRCOG Part 1” sertifikat imtahanı;
- Cisco Systems, Inc. təşkilatının “Cisco Certified Network Associate” (200-301) sertifikat imtahanı;
- Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA--Part1) sertifikat imtahanı;
- Pearson VUE təşkilatının “Pearson Test of English Academic (PTE Academic) imtahahanı.
Hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin II günləri |
Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.