Müzakirədə Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, Bakı şəhəri 82 nömrəli tam orta məktəbin müəllimi Aybəniz İbrahimova, Abşeron rayonu Saray qəsəbə, 2 nömrəli tam orta məktəbin müəllimi Esmira Hacıyeva və Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Gözəl Abbasova iştirak ediblər.
Müzakirə nəticəsində qiymətləndirmə kitabçalarının strukturu və məzmunu müəyyən edildi, müəllif qrupları müəyyənləşdirildi. Növbəti müzakirə 27 mart 2019-cu il tarixində keçiriləcək.