Dövlət İmtahan Mərkəzi “Pearson VUE” təşkilatının kompüter əsaslı rəsmi test mərkəzi kimi vətəndaş müraciətlərini nəzərə alaraq “Pearson VUE” təşkilatının razılığı əsasında 15 və 18 may tarixlərini imtahan təqviminə əlavə edib.
Qeyd edək ki, qeydiyyat prosesi “Pearson VUE” təşkilatı tərəfindən həyata keçirilir. İmtahanda iştirak etmək üçün Pearson VUE rəsmi saytı üzərindən hesab yaratmaq lazımdır. Daha sonra imtahan veriləcək proqram seçilərək şəxsi kabinetə daxil olmaqla qeydiyyat tamamlanır.
Qeydiyyat zamanı imtahan mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzi seçildikdən sonra DİM-də mövcud olan imtahan tarixləri və digər məlumatlarla tanış olmaq mümkündür.
Əlavə olaraq bildiririk ki, Project Management Institute PMP imtahanının formatı 9 iyul 2026-cı il tarixindən etibarən dəyişəcək.
Peasron VUE imtahanlar haqqında ətraflı məlumat əldə etmək üçün DİM-in saytında keçid edə bilərsiniz https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/pearson-vue