Dövlət İmtahan Mərkəzində 7-11 sentyabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan, eyni zamanda layihələrin idarə edilməsi və audit sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA—Part1) sertifikat imtahanı;
- PMI - Project Management Institute təşkilatının “PMI Agile Certified Practitioner (PMI-ACP) ® sertifikat imtahanı.
Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də təklif olunan müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı aşağıdakı cədvəldə təqdim olunur:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin II günləri |
Günorta növbəsi: 14:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumat burada yerləşdirilib.