• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyat şəhadətnaməsi (patent) verilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      17.03.2026 16:29

      AYYS - Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemi yazı işlərinin meyarlar əsasında onlayn və oflayn rejimlərdə qiymətləndirilməsi prosesinin təşkilini, keçirilməsini və yoxlama prosesində iştirak edən markerlərin fəaliyyətinin auditini özündə ehtiva edən texnoloji dövrə malik sistemdir. Dövlət İmtahan Mərkəzinin müxtəlif səpgili imtahanlarda yazı işlərinin yoxlanılması məqsədilə hazırlayıb istifadə etdiyi bu qiymətləndirmə sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyat şəhadətnaməsi (patent) verilib.

      Xatırladaq ki, bu patent qiymətləndirmə sisteminin beynəlxalq patentə namizədliyinin verilməsi üçün əsasdır.

      AYYS şəffaflıq, obyektivlik və effektivlik prinsipləri əsas götürülərək qurulmuşdur. Sistem aşağıdakı əsas mərhələlərdən ibarətdir:

      • Yoxlama prosesində iştirak edəcək markerlərin seçimi, onlar üçün nəzəri və praktiki təlimlərin təşkili;
      • Kalibrləmə mərhələsi üçün bazanın hazırlanması (hər tapşırıq üzrə etalon yazı işlərinin seçilməsi və qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi);
      • Yoxlama prosesindən əvvəl kalibrləmə mərhələsi;
      • Yoxlama prosesi;
      • Apellyasiya prosesi;
      • Markerlərin fəaliyyətinin auditi.

      Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminin hazırlanmasına 2014-cü ildən başlanılıb. 2014–2017-ci illər ərzində respublikanın V-XI siniflərində keçirilmiş monitorinq imtahanlarının yazı işlərinin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılıb və bu müddət ərzində AYYS-nin həm metodik, həm də proqram təminatı işlənilib hazırlanıb. 2017-ci ildən başlayaraq ümumi orta (IX illik), 2019-cu ildən başlayaraq tam orta (XI illik) təhsil səviyyələri üzrə buraxılış və 2019-cu ildən başlayaraq ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə qəbul imtahanlarının yazı işlərinin yoxlanılması bu sistem vasitəsilə həyata keçirilir. Hazırda AYYS-də aşağıdakı imtahanların yazı işləri və inşalarının (esselərinin) qiymətləndirilməsi aparılır:

      • ümumi orta təhsil səviyyəsi (IX illik) üzrə buraxılış imtahanları;
      • tam orta təhsil səviyyəsi (XI illik) üzrə buraxılış imtahanları;
      • ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları (I-IV qruplar);
      • ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanları və s.

      Qeyd edək ki, AYYS ilə bağlı “IFAC Papers online” jurnalında məqalə də dərc edilib və aşağıdakı beynəlxalq konfranslarda sistem haqqında məruzələr edilib:

      • Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə sosial ling kimi” mövzusunda 43-cü illik konfransı, 2017, Batumi, Gürcüstan;
      • Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda 45-ci illik konfransı, 2019, Bakı, Azərbaycan;
      • Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “İmtahanların və kvalifikasiyaların rəqəmsallaşdırılması” mövzusunda 48-ci illik konfransı, 2023, Kinqston, Yamayka.

      Hazırki dövrədək AYYS-də müxtəlif imtahanlar və fənlər üzrə ümumilikdə 47 milyondan (47000000) çox qiymətləndirmə həyata keçirilib.


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram