Seminar-məşğələlərdə Bərdə rayonu üzrə 111, Yevlax rayonu üzrə 68, Ağcabədi rayonu üzrə 65, Ağdam rayonu üzrə 43, Beyləqan rayonu üzrə 42, Füzuli rayonu üzrə 34, Tərtər rayonu üzrə 22 nəfər olmaqla, ümumilikdə 385 nəfər yeni və təcrübəsi az olan nəzarətçi-müəllimin iştirakı nəzərdə tutulmuşdur.
Region üzrə 9 nəfər nəzarətçi-müəllim seminarlarda iştirak etmədiyi üçün nəzarətçi bazasından xaric edilmişdir.
Seminar‑məşğələlərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelindən irəli gələrək istifadə olunacaq cavab vərəqələrinin doldurulma qaydası, eləcə də xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin nəzərinə çatdırılmışdır. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilmişdir.
Nəzarətçi-müəllimlər test imtahanlarına hazırlıq, imtahan texnologiyaları və digər prosedur qaydaları barədə məlumatlandırıldıqdan sonra onların şəxsi anket məlumatları dəqiqləşdirilmişdir.