• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 48-ci illik konfransında iştirak edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      02.10.2023 04:52

      24-29 sentyabr 2023-cü il tarixlərində Yamaykanın paytaxtı Kinqston şəhərində Karib İmtahan Şurasının (CXC®) təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və kvalifikasiyaların rəqəmsallaşdırılması” mövzusunda 48-ci illik konfransı keçirilib. 

      Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri DİM-in fəaliyyəti ilə bağlı elmi işlərin təqdimatını ediblər. 

      Konfransda Mərkəzin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva tərəfindən “Azərbaycanda xarici dillər üzrə buraxılış imtahanının ümum-Avropa çərçivə sənədinə (CEFR) uyğunlaşdırılması”, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin sektor müdiri Elmir Şirinov və baş məsləhətçisi Sərxan Quliyev tərəfindən “Şagird-məzun” Dövlət Elektron İnformasiya Sisteminin ümumtəhsil müəssisələrinin məzunlarının yekun attestasiyası və təhsil sənədlərinin verilməsində rolu” və “Buraxılış və qəbul imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqları üzrə yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak edən mütəxəssislərin (markerlərin) fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatlar edilib.

      Təqdimatlardan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb və Dövlət İmtahan Mərkəzinin təcrübəsi ilə yaxından tanış olmaq istəyən iştirakçılarla müzakirələr aparılıb. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin daha ətaflı tanıdılması məqsədilə konfrans zamanı iştirakçılara mərkəzin “Korporativ məlumat kitabçası” təqdim olunub.

      Bundan əlavə, IAEA-nın hazırladığı “Təhsilin qiymətləndirilməsi ilə məşğul olan təşkilatlar üçün standartlar” əsasında 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin pilot layihə çərçivəsində özünüqiymətləndirmədə (həmçinin standartların təkmilləşdirilməsinə töhfənin verilməsində) iştirakı assosiasiyanın “Tanınma komitəsi” (IAEA Recognition Committee) tərəfindən yüksək qiymətləndirilib və bununla əlaqədar olaraq konfransın proqramında “Tanınma komitəsi”nin pilot layihə ilə bağlı ayrıca iclasında komitənin dəvəti üzrə DİM-in təcrübəsi təqdim olunub. 

      Qeyd edək ki, Karib İmtahan Şurası tərəfindən keçirilən builki konfrans zamanı aşağıdakı mövzular üzrə təqdimatlar edilib:

      • Böyük miqyaslı qiymətləndirmələrdə yeni təcrübələr;
      • Öyrənmə və qiymətləndirmədə sosial və emosional problemlər;
      • Qiymətləndirmədə yaranan etik təcrübələr və dilemmalar;
      • Tədqiqat və rəqəmsal qiymətləndirmənin gələcəyi;
      • Kvalifikasiyaların rəqəmsallaşdırılması və onların qiymətləndirilməsi üçün təşkilati modellər;
      • Kibertəhlükəsizlik, qiymətləndirmənin və kvalifikasiyanın dürüstlüyü;
      • Kurikulum islahatları: öyrənmə və qiymətləndirmənin rəqəmsal transformasiyaları.

      Konfransın spikerləri Böyük Britaniya, Amerika, Kanada, İsrail, Malayziya, Niderland, Nigeriya və digər ölkələri təmsil ediblər. IAEA-nın 48-ci illik konfransı haqqında geniş məlumatı keçiddən əldə etmək mümkündür: iaea2023.org 

      Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə illik beynəlxalq konfranslar təşkil edir. IAEA haqqında ətraflı məlumat: https://iaea.info/ 

      Dövlət İmtahan mərkəzi uzun illərdir biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı TQDK-nın təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. 2019-cu ildə isə DİM tərəfindən IAEA-nın 45-ci illik konfransı keçirilib və həmin tədbirdə 500-dən artıq xarici təşkilatın nümayəndəsi iştirak edib.


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram