• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI qurultayında çıxış edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      15.12.2023 00:42

      15 dekabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb. 

      Qurultayın plenar iclasında DİM‑in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edib. Çıxışın mətnini təqdim edirik. 

      Hörmətli sədr, hörmətli tədbir iştirakçıları, əziz müəllimlər!

      Mən sizi həm öz adımdan, həm Dövlət İmtahan Mərkəzinin kollektivi adından salamlayıram. Bu gün bu mötəbər tədbirdə müəllimlərin qarşısında çıxış etmək mənim üçün böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir.

      Dövlət İmtahan Mərkəzinin bütün işi pedaqoji kollektivlərlə, ekspertlərlə, elmi işçilərlə sıx əlaqə üzərində qurulur və yüz minlərlərlə gəncin taleyi bu əməkdaşlığın keyfiyyəti və nəticəsindən asılıdır.

      Slayd (mətnin sonunda yerləşdirilib)

      Məhz pedaqoji ənənələrin və müasir innovativ texnologiyaların vəhdəti imkan verə bilər ki, biz üzərimizə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirək. Təhsil sistemi ətalətli sistemdir, onun dayanıqlı inkişafını təmin etmək üçün hər hansı yenilik və innovasiya sistemdə mövcud olan ənənəyə arxalanmalıdır.

      Bildiyimiz kimi, bugünkü Qurultay çox əlamətdar bir vaxtda – dövrümüzün dahisi, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə keçirilir.

      Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə dövlətçiliyin və cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli sahəsi kimi yanaşırdı. O, iqtisadiyyatın da, cəmiyyətin başqa sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu daim vurğulayırdı.

      Ulu öndər həm sovetlər dönəmində, həm də ölkəmizin müstəqillik dövründə öz fəaliyyətində məhz bu ideyanı rəhbər tuturdu. Bu gün burada Heydər Əliyevin həyata keçirdiyi bir çox mühüm layihələrdən danışılır. Mən iştirakçısı olduğum yalnız bir layihə - 2001-ci ildə ali məktəblərə ən yüksək balla qəbul olunmuş tələbələr üçün Prezident təqaüdünün təsis edilməsi haqqında danışmaq istərdim. Prezident təqaüdünün təsis edilməsi ictimaiyyət tərəfindən sevinclə qarşılanmış, ən başlıcası isə ali məktəblərə hazırlaşan gənclərin arasında böyük ruh yüksəkliyi və sağlam yarış əhvali-ruhiyyəsi yaratmışdır.

      Tale elə gətirdi ki, Ulu öndər 2001-ci və 2002-ci illərdə ilk Prezident təqaüdçüləri ilə şəxsən görüşdü. O illər Prezident təqaüdü 25 nəfərə verilirdi. Məlum olduğu kimi, sonradan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təqaüdçülərin sayı və təqaüdün məbləği artırılmışdır.

      Slayd (mətnin sonunda yerləşdirilib)

      Biz bu il, Prezident təqaüdünün təsis edilməsindən 22 il sonra, Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə həyata keçirdiyi “İlk Prezident təqaüdçüləri” layihəsi çərçivəsində həmin gənclərlə, daha doğrusu, artıq təcrübəli mütəxəssislərlə görüşdük, onlar bizə öz həyat hekayələrindən, hazırda nə işlə məşğul olduqlarından bəhs etdilər, Ulu öndərlə tarixi görüş barədə düşüncələrindən, bu görüşün onların həyatında oynadığı həlledici roldan danışdılar. İlk Prezident təqaüdçülərinin hər biri ilə apardığımız söhbətin videoyazısını bizim internet saytımızdan və “YouTube” kanalımızdan izləyə bilərsiniz. Həmin təqaüdçülərə həsr olunmuş kitab da dərc edilmişdir.

      Bu gənclərin son 20 il ərzində əldə etdikləri nailiyyətlərə və karyeralarına baxdıqda hər birinin ölkəmizdə, həmçinin dünya əmək bazarında layiqli yer tutduğunun şahidi olaraq bir daha bu qənaətə gəlirik ki, ölkəmizdə hər bir savadlı və bacarıqlı gəncə öz karyerasını qurmağa və məqsədlərinə çatmağa imkan verən bir sosial lift fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyevin hələ 2003-cü ildə Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində irəli sürdüyü “Qara qızılı insan kapitalına çevirək” şüarı gercəkləşir, ölkəmizdə kadr potensialının inkişafı istiqamətində görülən məqsədyönlü işlər öz hədəfinə çatır.

      Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022‑2026‑cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda vurğulandığı kimi, beş fundamental nəticə ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkəmizin son 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir.

      Təhsil sistemində isə ən əsas rol məhz müəllimə məxsusdur. Hökümət tərəfindən həyata keçirilən bütün islahatların nəticəsi müəlimin bilik və bacarığından, səriştəsindən, onun sinifdə, auditoriyada apardığı işdən, davranışından, nəhayət, onun şəxsiyyətindən asılıdır. Hər bir təhsilalanın uğurunun 80-90 faizini müəlimin əməyi təşkil edir.

      Lakin biz yaxşı bilirik ki, müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil. Fikrimcə, bu kimi taleyüklü məsələlərin həlli bizim təcrübəli müəllimlərimizlə yanaşı, gənc pedaqoji kadrların da öhdəsinə düşür. Bir az əvvəl çıxışımda qeyd etdiyim kimi, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri birbaşa müəllimlər ordusu ilə bağlıdır. Bizimlə əməkdaşlıq edən marker-müəllimlərin fəaliyyətini xüsusi,qeyd etmək istərdim. Açıq tipli tapşırıqları yoxlayan markerlər həm öz fənlərini yüksək səviyyədə bilən, həm müasir təlim üsulları və metodologiyaları ilə tanış olan, həm də təşəbbüskar müəllimlərdir. Təəssüf ki, hazırda markerlərin sayı kifayət qədər olmadığına görə buraxılış imtahanlarının nəticələrinin yoxlanılması çox vaxt aparır. Fürsətdən istifadə edərək, mən öz biliyinə güvənən, yeni alətləri mənimsəməyə açıq olan müəllimlərimizi DİM-lə əməkdaşlığa dəvət edirəm.

      Bütün qeyd olunanları nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi ölkəmizdə pedaqoji kadrların keyfiyyət göstəricilərinin ölçülməsini daim diqqət mərkəzində saxlayır. O cümlədən növbəti 5-10 ildən sonra bizim müəllimlər ordusunun tərkibini müəyyən etmək məqsədilə Mərkəzimiz pedaqoji ixtisaslara qəbulla bağlı geniş araşdırma və təhlillər aparır. Həmin təhlilin bir hissəsini diqqətinizə çatdırmaq istərdim.

      Slayd (mətnin sonunda yerləşdirilib)

      Son illər ərzində həm pedaqoji ixtisaslara ərizə verənlərin sayı, həm də qəbul planı artmışdır. Fənlər üzrə müəllimlik ixtisaslarına qəbul olan abituriyentlərin balına baxsaq, burada biz məhz riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarının siyahıda ilk yerlərdə olduğunu görürük ki, bu da həmin fənlərin buraxılış imtahanında olması ilə bağlıdır.

      Slayd (mətnin sonunda yerləşdirilib)

      Bu slaydlardan göründüyü kimi, müəllimlik ixtisasını seçən abituriyentlər daha çox bölgələri təmsil edirlər, lakin iki slaydın müqayisəsi göstərir ki, 2023-cü ildə sarı rəng daha azdır, yəni müəllimlik ixtisaslarını seçən şəhər abituriyentlərinin sayı artmışdır. Təqdim olunan təhlil analitik araşdırmanın cüzi bir hissəsidir, araşdırmanın nəticələri tam şəkildə hər fənn üzrə ayrılıqda Elm və Təhsil Nazirliyinə təqdim olunacaq, eyni zamanda “Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq, internet saytımızda da yerləşdiriləcək.

      Hər il olduğu kimi, bu il də ayrı-ayrı şəhər və rayonların, məktəblərin məzunlarının imtahan nəticələri müvafiq regional təhsil idarələrinə təqdim olunacaq. Təhsil sahəsində islahatlar aparılarkən statistik təhlil mütləq nəzərə alınmalıdır. Yalnız bu yolla biz hansı istiqamətdə getdiyimizi, qoyduğumuz hədəflərə nə dərəcədə yaxın olduğumuzu müəyyən edə bilərik.

      Növbəti slaydda (mətnin sonunda yerləşdirilib) Dövlət İmtahan Mərkəzinin dəyərləri və qarşıda duran hədəflər təqdim olunmuşdur.

      DİM-in dəyərləri dəyişilməz olaraq qalır:

      1)    şəffaflıq bütün imtahanlarda təmin olunur;

      2)    nəzarət - çox sayda maraqlı tərəfin iştirak etdiyi kütləvi proseslərdə texnoloji zəncirin bütün halqaları arasında mövcud olan nəzarət subyektiv amillərin aradan qaldırılmasını təmin edir;

      3)    Keyfiyyət - DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyəti 2021-ci ildə Niderlandın RCEC təşkilatının auditindən uğurla keçib və DİM-ə müvafiq keyfiyyət nişanını əks etdirən sertifikat təqdim olunub. Audit ISO 9001, ISO 17024, ISO 17065 və təhsilin qiymətləndirilməsinə dair beynəlxalq keyfiyyət standartları əsasında təşkil edilib. Belə audit 2024-cü ildə yenidən keçiriləcək, ümid edirəm ki, DİM bu dəfə də auditdən uğurla keçəcək. 

      Slayd (mətnin sonunda yerləşdirilib) 

      Hədəflərimizə gəldikdə isə, burada da sözlər, fikirlər ilk baxışdan 5 il əvvəl olduğu kimi səslənə bilər, lakin bu sözlərin arxasında duran hədəflər başqa məna kəsb edir.

      1)    Çeviklik və adaptivlik - imtahanların təşkilində göstərdiyimiz çevik yanaşma bizə imkan verdi ki, pandemiya dövründə həm kütləvi imtahanları, həm də müsahibələri problemsiz həyata keçirək. Yuxarıda qeyd etdiyim kimi, 2023-cü ildə DİM tərəfindən 40 müxtəlif növdə 253 dəfə imtahan keçirilib. Hər il artan imtahan növlərini həyata keçirmək üçün Mərkəz tərəfindən hər dəfə qısa zaman ərzində yeni məzmunda, tamamilə fərqli kontingent üçün, yeni qiymətləndirmə tələbləri əsasında imtahan layihələndirilir.

      2)    Təhsildə inklüzivlik müasir dövrdə mühüm əhəmiyyət daşıyır. Biz də bunu hər zaman qarşımızda duran əsas vəzifələrdən biri kimi müəyyən edirik. Fiziki məhdudiyyətli vətəndaşlarımızın bizim xidmətlərimizdən digər vətəndaşlarla eyni səviyyədə istifadə etməsini təmin etmək üçün müvafiq addımlar atırıq, xidmətlərimizi onların ehtiyaclarına uyğunlaşdırırıq. Məhz bunun nəticəsidir ki, imtahanlarda iştirak etmək üçün müraciət edən sağlamlıq imkanları məhdud şəxslərin sayı ilbəil artır (2019 – 321, 2023 – 600).

      3)    Rəqəmsallaşma hədəfimiz bir neçə komponentdən ibarətdir.

      Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün ilk növbədə, 2024-cü ildən etibarən Mərkəzin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Daha kütləvi imtahanların bu formata keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır. Bu layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır.

      Daha bir vacib hədəfimiz - rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq təhsilalanların səriştələrinin yoxlanılmasıdır. Bu, təkcə informatika dərslərində rəqəmsal kompetensiyaların deyil, digər fənlərdən də bilik və bacarıqların yeni formatda qiymətləndirilməsini nəzərdə tutur.

      Sonuncu slaydımız (mətnin sonunda yerləşdirilib) isə göstərir ki, DİM öz fəaliyyətində süni intellektin tətbiqinə başlayır və bu da hədəflərimizə çatmağa, nəticə etibarı ilə vətəndaş məmnunluğunu artırmağa imkan verəcək.

      Hörmətli tədbir iştirakçıları!

      2023-cü il Azərbaycan tarixində ən əlamətdar bir il kimi yaddaşlarda qalacaq. Bu il həm “Heydər Əliyev ili”, həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini tam bərpa etdiyi ildir. Bu qələbəyə görə biz Ali Baş Komandan cənab İlham Əliyevə və milli ordumuzun zabit və əsgərlərinə, siz müəllimlərin yetişdirdiyi vətənpərvər və igid oğullarımıza borcluyuq.

      Mən bütün müəllimlərə şərəfli və çətin işlərində səbir və uğurlar, ən əsası möhkəm cansağlığı arzulayıram.

      Diqqətinizə görə təşəkkür edirəm! 

      Çıxışdakı slaydlara buradan baxa bilərsiniz.


      Foto
      • 1
      • 2
      • 1
      • 2

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram