12 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində keçirilən görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, DİM-in Direktorlar Şurası sədrinin müavinləri Namiq Babayev və Bəhram Xəlilov iştirak ediblər.
Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi, dövlət qulluğuna qəbulda şəffaflıq, vətəndaşların hüquqlarının qorunması və s. məsələlər müzakirə olunub.
Görüşdən sonra Ombudsman Səbinə Əliyeva DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olub.