• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in əməkdaşı “İngilis dilinin tədrisi və qiymətləndirilməsi” mövzusunda konfransda məruzəylə çıxış edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      30.10.2023 05:23

      Britaniya Şurasının Azərbaycanda fəaliyyətinin 30 illik yubileyi çərçivəsində 27 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İngilis dilinin tədrisi və qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd ölkəmizdə xarici dillər üzrə tədrisin və qiymətləndirmənin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məlumat mübadiləsi aparmaq, Azərbaycanda Onlayn Müəllim İcmasının (OTC) nailiyyətlərini bölüşmək və yerli ehtiyaclara cavab verən, qlobal standartları özündə ehtiva edən tədris və qiymətləndirmə üsullarını araşdırmaq üçün xarici dil mütəxəssisləri arasında dialoq yaratmaqdır.

      Qeyd olunan tədbirdə İngiltərənin Azərbaycandakı səfiri cənab Fergus Auld, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Britaniya Şurasının region üzrə proqram meneceri Tatyana Slijepcevic, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər departamentinin direktoru Aysel Xəlilova və ölkənin ayrı-ayrı məktəblərinin 200-dən çox ingilis dili müəllimi iştirak edib.

      Konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşı, Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva “Foreign language assessment as a part of school-leaving examination in Azerbaijan: challenges and opportunities” (“Azərbaycanda buraxılış imtahanlarında xarici dilin qiymətləndirilməsi: çətinliklər və imkanlar”) mövzusunda təqdimatla çıxış edib. K.Hacıyeva ölkəmizdə güclü təhsil sisteminin yaradılması məqsədilə innovativ və qabaqcıl, səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyini və bu tədbirlər arasında Dövlət İmtahan Mərkəzinin xarici dillərin tədrisi sahəsində tətbiq etdiyi yeni qiymətləndirmə model və mexanizmləri, beynəlxalq tərəfdaşlar ilə aparılmış tədqiqatyönümlü silsilə layihələri, xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlər və keçirilmiş buraxılış imtahanlarınında xarici dillər üzrə statistik məlumatlar haqqında məruzə edib. Bundan başqa Könül Hacıyeva ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində xarici dil blokunun CEFR-ın müvafiq səviyyələrinə uyğunlaşdırılması istiqamətində aparılmış pilot layihənin nəticələri barəsində də çıxış edərək mövcud çətinliklər və onların aradan qaldırılması yolları haqqında məlumat verib.

      Çıxışın sonunda məruzəçi K.Hacıyeva standart imtahan modelinin şagirdlərin bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcəyini və cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inamın formalaşdıracağına inandığını vurğulayıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 1
      • 2
      • 3
      • 4

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram