12 – 13 sentyabr 2024-cü il tarixlərində Qazaxıstanın Aktau şəhərində “Qazaxıstan İnsan Resursları Direktorlar Assosiasiyası” İctimai Birliyinin təşkil etdiyi “İnsan Kapitalı Forumu 2024, 3D İnteqrasiya” adlı illik beynəlxalq forum keçirilib.
Forumun məqsədi insan resurslarının idarə edilməsinə cavabdeh olan mütəxəssislər üçün hərtərəfli düşüncənin multidisiplinar xarakterini və zəruriliyini nümayiş etdirmək olub.
Tədbirdə DİM-in Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov da iştirak edib.
Forumda sadəcə insan resursları proseslərinə deyil, təşkilatlarda işçilərin davranışına təsir edən mürəkkəb amillərə də diqqət yetirilib. Forumda həm insan resursları, həm də əlaqəli fəaliyyət sahələrinin mütəxəssisləri öz bilik və təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Assosiasiya uzun illərdir, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Rusiya, Avropa ölkələri və ABŞ-dən olan 300-dən çox aparıcı ekspertin bir araya gəldiyi beynəlxalq “İnsan Kapitalı Forumu”nu təşkil edir.