2025-ci il 2-6 iyun tarixlərində DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin əməkdaşları Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində imtahan materiallarının ekspertizasında iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması istiqamətində DİM Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə artıq 4-cü ildir ki, Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığını davam etdirir.
Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin əməkdaşları da mövcud əməkdaşlıq çərçivəsində DİM-in gürcü dili fənni üzrə test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi istiqamətində öz töhfələrini vermişlər.