2023-cü il 13-17 fevral tarixlərində Dövlət İmtahan Mərkəzində “Kouçinqin əsasları” mövzusunda təlim təşkil olunub. Təlimə Dövlət İmtahan Mərkəzinin fərqli struktur bölmələrinin 10 əməkdaşı cəlb olunub.
Təlim DİM-in Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən keçirilib. Təlim zamanı “kouçinq”in elmi əsasları, effektiv “kouç”luğun açarları, “kouçinq” prosesinin mərhələləri, ünsiyyət modelləri, uğurlu “kouçinq” üçün əsas amillər və qeyd olunan mövzularla əlaqəli müxtəlif növ psixoloji tapşırıqlar yerinə yetirilib.
Təlim zamanı “kouçinq”lə bağlı fərqli kollaj əsaslı müzakirələr təşkil olunub və iştirakçıların sualları cavablandırılıb.