• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov beynəlxalq forumda iştirak edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      22.06.2026 16:18

      18 – 20 iyun 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində dövlət qulluğu və insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə “Rəqəmsallaşma və süni intellekt dövründə insanlar, perspektiv və ictimai dəyər” adlı forum (GovHR Forum - 2026) keçirilib.

      Dünyanın müxtəlif ölkələrindən dövlət qulluğu üzrə səlahiyyətli qurumların rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin qatıldığı forumda dövlət idarəçiliyində müasir çağırışlar, rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin imkanları və insan yönümlü idarəetmə modelləri müzakirə olunub.

      Tədbirdə DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilovla yanaşı, Mərkəzin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov və Funksional səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Xavər Dadaşova da iştirak edib.

      Forum çərçivəsində keçirilən plenar sessiya zamanı çıxış edən B.Xəlilov Azərbaycanda son illərdə dövlət idarəetməsində həyata keçirilən genişmiqyaslı rəqəmsallaşma prosesləri, elektron xidmətlərin inkişafı, məlumat əsaslı qərarvermə mexanizmlərinin tətbiqi və süni intellekt texnologiyalarının dövlət sektorunda istifadəsi istiqamətində görülən işlər barədə məlumat verib. B.Xəlilov bildirib ki, rəqəmsal transformasiya dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və idarəetmədə şəffaflığın gücləndirilməsinə mühüm töhfə verir. Çıxış zamanı süni intellekt əsaslı texnologiyaların dövlət idarəetməsində yaratdığı yeni imkanlarla yanaşı, bu sahədə mövcud olan çağırışlara da toxunulub.

      Eyni zamanda, B.Xəlilov vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt nə qədər sürətlə inkişaf etsə də, dövlət idarəçiliyinin mərkəzində insan faktoru dayanır. Texnologiyaların qərarların qəbul edilməsi və dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində mühüm alət rolunu oynadığı, bununla yanaşı, dövlət qulluğunda peşəkarlıq, məsuliyyət, etik davranış, liderlik və vətəndaşyönümlülük prinsiplərinin öz aktuallığını qoruyub saxladığı qeyd olunub. Bu səbəbdən həyata keçirilən bütün islahatların əsas məqsədi insan kapitalının inkişafı, dövlət qulluqçularının bacarıqlarının gücləndirilməsi və vətəndaşlara daha səmərəli xidmət göstərilməsi olmalıdır.

      DİM-in Funksional səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Xavər Dadaşova tədbirin “İnsan – sistemin təməlidir” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib və dövlət qulluğunda səriştə əsaslı yanaşmaların inkişafı, vəzifə təhlilinin əhəmiyyəti, rəqəmsal transformasiyanın dövlət qulluqçularının fəaliyyətinə təsiri, eləcə də müasir qiymətləndirmə alətlərinin tətbiqi ilə bağlı çıxış edib. Panel müzakirə zamanı dövlət qulluğunda tələb olunan səriştələrin dəyişən xarakteri, süni intellekt və texnoloji inkişafın iş funksiyalarına təsiri və gənc nəslin gözləntiləri ətrafında fikir mübadiləsi aparılıb.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 1
      • 2
      • 3
      • 4

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram