Dövlət İmtahan Mərkəzinin İmtahanların təşkili və idarəedilməsi departamenti İmtahanların logistikası və imtahan rəhbərləri ilə iş sektorunda məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.
Əmək funksiyaları:
- İmtahan rəhbərlərinin anket məlumatlarını toplamaq, yoxlamaq, bazaya daxil etmək və yeniləmək, həmçinin bazadan istifadə üzrə tapşırıqların dəqiq və vaxtında icrasını təmin etmək;
- Yeni imtahan rəhbərlərinin seçilməsi, cəlb olunması, imtahanlar üzrə bölgüsü və fəaliyyətlərinin əlaqələndirilməsi işlərini həyata keçirmək;
- İmtahanlar üçün zəruri məlumatları əvvəlcədən hazırlamaq, resursların səmərəli bölgüsünü planlaşdırmaq və iş proseslərini təşkil etmək;
- İmtahan rəhbərlərinin məlumatlandırılması, təlimatlandırılması və metodiki materiallarla təmin olunmasında iştirak etmək;
- İmtahan materiallarının aidiyyəti bölmələrdən alınmasını, hazırlanmasını və imtahan binalarına çatdırılmasını təşkil etmək, təhlükəsizliyini təmin etmək;
- Daxil olan məlumat və tapşırıqları araşdırmaq, uyğunsuzluqları vaxtında aşkarlamaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- İmtahan zamanı baş vermiş halları sistemli təhlil etmək, həmçinin tətbiq olunan proseslərin yenilənməsi və səmərəliliyinin artırılması üzrə təkliflər vermək;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Staj tələbi: minimum 1 il;
- Azərbaycan dilini yüksək səviyyədə, ingilis və rus dillərinin hər birini minimum B1 səviyyəsində bilmək;
- MS Windows, MS Office, elektron məlumat bazaları və informasiya sistemləri ilə işləmək bacarığı;
- Analitik düşünmə, effektiv ünsiyyət, planlaşdırma və təşkilatçılıq, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik, detallara diqqət və nəticəyönümlülük.
Müraciət qaydası:
Namizədlər 15 noyabr 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “imtahanlar sektoru - məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.