Struktur bölmənin adı: Təchizat və təsərrüfat şöbəsi.
Vəzifənin adı: Elektrik.
Təhsilə dair tələb: energetika mühəndisliyi ixtisası üzrə ali təhsil.
İş təcrübəsinə dair tələb: 1 il.
Qulluq funksiyaları:
- Enerji təchizatı müəssisəsi ilə hesablaşmaların sayğac vasitəsilə düzgün aparılmasına nəzarət etmək;
- Müəssisənin elektrik təsərrüfatının qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə uyğun təhlükəsiz istismarını təmin etmək;
- Elektrik qurğu və avadanlıqlarının cari və əsaslı təmirini həyata keçirmək;
- Elektrik qurğu və avadanlıqlarında qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə uyğun müddətdə sınaq işlərinin aparılmasını təmin etmək;
- Təmir-sınaq və plan-qrafik üzrə işlərin vaxtında həyata keçirilməsi;
- Elektrik sxemlərini oxumaq bacarığı;
- Elektrik xətlərinin çəkilişi zamanı texnoloji ardıcıllığının qorunub saxlanılmasının təmin edilməsi;
- Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparılması;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Elektrik avadanlıqlarını, kabel və hava şəbəkələrinin təcrübədən keçməsi metodlarına bələd olmaq;
- Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması;
- Rəhbərlik tərəfindən tapşırılan digər işləri yerinə yetirmək.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində “Elektrik” qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.