Struktur bölmənin adı: Təchizat və təsərrüfat şöbəsi
Vəzifənin adı: sürücü
Xüsusi tələblər: B, C, D kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi
İş təcrübəsinə dair tələb: 2 (iki) il
Qulluq funksiyaları:
-
etibar edilmiş avtomobilin təmiz saxlanılması və hər hansı səbəb üzündən ona ziyan vurulmaması;
-
avtomobilin vaxtında yanacaq, sürtkü və motor yağları ilə təchiz edilməsi, işlək və saz vəziyyətdə saxlanılması, zərurət yarandığı hallarda cari və əsaslı təmiri üçün Mərkəzin aidiyyəti şöbəsinə müraciət edilməsi;
-
avtomobilin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə texniki baxışdan keçirilməsinin və icbari dövlət sığortasının təmin edilməsi;
-
avtomobili idarə edərkən, dayanacaqlardan və duracaq yerlərindən istifadə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun və digər müvafiq qanunvericilik aktlarının tələblərinə, o cümlədən yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət edilməsi;
-
hər iş günü başa çatdıqdan sonra avtomobilin müəyyən edilmiş yerdə saxlanılması və onun təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsinin təmin edilməsi;
-
rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində “Sürücü” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 31 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.