Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Mərkəzin struktur bölmə rəhbərləri ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqlar əvvəlcə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və inkişaf tarixi barədə məlumat verilib.
Görüşdə tərəflər arasında aşağıdakı sahələrə dair qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib:
- Rəqəmsallaşdırma və texnoloji təminat;
- Elektron məlumat sistemləri;
- Qiymətləndirmə sahəsində yeni mexanizm və alətlərin yaradılması;
- Dövlət qulluğunda səriştə modeli;
- Dövlət qulluqçularının peşəkar inkişafı və sertifikatlaşdırılması;
- İKT bacarıqlarına dair beynəlxalq imtahanlar.