• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM və “Astana Xab”ın birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda mövcud islahatlar: çağırışlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      14 sentyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi və Astanada yerləşən “Dövlət Qulluğu üzrə Regional Xab”ın birgə təşkil etdiyi tədbirdə 20 ölkədən 200-dən artıq nümayəndə iştirak edib

      15.09.2021 01:51

      Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və Astanada yerləşən “Dövlət Qulluğu üzrə Regional Xab”ın (Astana Civil Service Hub) birgə təşkilatçılığı ilə 14 sentyabr 2021-ci il tarixində “Dövlət qulluğunda mövcud islahatlar: çağırışlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. 

      Konfransın məqsədi dövlət qulluğu sistemində səmərəli idarəetmənin qurulması üçün islahatların aparılması istiqamətində ən qabaqcıl təcrübənin hərtərəfli icmalı və müzakirəsi olub. Görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Qırğızıstan və Şimali Makedoniyanın dövlət qulluğu orqanlarının rəhbərləri və ekspertləri öz ölkələrində aparılan islahatlar barədə təqdimat ediblər və dövlət qulluğu sahəsində COVID-19 ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində tətbiq edilə biləcək yeniliklər barədə fikir mübadiləsi aparıblar. 

      Konfransda DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və “Regional Xab”ın İdarə Heyətinin sədri Əlixan Baymənov açılış nitqi ilə çıxış ediblər.

      Tədbir Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri Agentliyinin sədr müavini, Gürcüstanın Dövlət Qulluğu Bürosunun direktoru, Ukrayna Dövlət Qulluğu Milli Agentliyinin rəhbəri, Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru və Şimali Makedoniyanın Tetova Universitetinin professorunun çıxışları ilə davam edib.

      Qeyd edək ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini, BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının sədri H.P.Larbi Cakta da iştirak edib.

      Konfransda DİM-in əməkdaşları tərəfindən aşağıdakı mövzularda təqdimatlar edilib:

      · “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair Strategiya və institusional islahatlar” - Vüqar Əsgərov, Dövlət qulluğu məsələləri şöbəsinin müdiri;

      · “Azərbaycan Respublikasının dövlət qulluğu sistemində “Səriştə modelinin təsdiqlənməsi layihəsi” - Vəli Hüseyn, Strateji inkişaf şöbəsinin müdiri.

      İlk çıxışda “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” (Strategiya), onun 2019−2021 və 2022-2025-ci illərdə icrası üzrə Fəaliyyət planları barədə tədbir iştirakçılarına məlumat verilib. Növbəti təqdimat DİM əməkdaşı tərəfindən Strategiyanın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində təşkil edilən dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihə barədə edilib.

      Tədbir “Zoom” platforması vasitəsilə keçirilib və çıxışlar Azərbaycan, qazax, ingilis və rus dillərinə sinxron tərcümə edilib. 

      Xatırladaq ki, 2013-cü ildə Azərbaycanın da üzv dövlət kimi iştirakı ilə yaradılmış Regional Xab, ölkələr arasında dövlət qulluğu sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayaraq dövlət qulluğu sistemlərinin inkişaf etdirilməsi üçün toplanmış təcrübə mübadiləsini həyata keçirir.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram