14 fevral 2024-cü il tarixində keçirilən görüşdə tərəflər əməkdaşlıq çərçivəsində görüləcək işləri, Kembric ingilis dili kvalifikasiyalarının təbliği və təşkilindən irəli gələn məsələlərin icrasını müzakirə ediblər.
Qeyd edək ki, 31 oktyabr 2023-cü il tarixində imzalanan əməkdaşlıq müqaviləsinə əsasən Kembric ingilis dili kvalifikasiyaları üzrə test mərkəzi olan DİM “LSD” MMC-yə Kembric ingilis dili kvalifikasiyaları üzrə rəsmi Hazırlıq Mərkəzi statusunu verib.
Ölkəmizdə ingilis dilini tədris edən pedaqoji heyətin və şagirdlərin müvafiq bacarıqlarının təkmilləşdirilməsi üçün yeni imkanlar yaratmaq məqsədilə DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi kimi fəaliyyət göstərmək hüququnu əldə etmək üçün aşağıdakı elektron poçt ünvanına “Hazırlıq Mərkəzi” başlığı ilə müraciət edə bilərsiniz: international@dim.gov.az