Seminar "Zoom" platforması vasitəsilə ingilis dilində keçirilib. Tədbirə ingilis dilini tədris edən müəllimlər və ingilis dilini öyrənmək, bacarıqlarını qiymətləndirmək istəyən 40 nəfər qoşulub.
Seminarın məqsədi namizədlərin gələcək təhsil həyatında akademik ingilis dili testinin (PTE Academic/PTE A) rolu haqqında məlumat vermək və imtahanlara hazırlıq barədə iştirakçıları məlumatlandırmaq olub. Seminarda təqdimatla çıxış edən Pearson təşkilatının nümayəndəsi, müəllimlərin təlimi və qiymətləndirmə üzrə böyük məsləhətçi - Bartłomiej Janiak PTE Academic imtahanı haqqında ətraflı məlumat verib, test tapşırıqlarının strukturu, tədris vəsaitləri, ingilis dilini öyrənmək üçün əlavə materialların seçilməsinə dair tövsiyələr, həmçinin müəllim və tələbələrin istifadə edə biləcəyi yararlı internet resursları barədə mövzulara toxunub.
Seminar iştirakçıların PTE Academic imtahanlarına dair suallarının cavablandırılması ilə yekunlaşıb.
Xatırladaq ki, Böyük Britaniya və Avstraliya hökumətləri, həmçinin dünyada minlərlə ali təhsil müəssisəsi tərəfindən tanınan PTE Academic imtahanı namizədin universitet, peşə və digər məqsədlərinə uyğun olaraq zəruri ingilis dili biliklərini ən etibarlı və qərəzsiz yoxlayan testlərdən biri hesab olunur. Test imtahanını istənilən yaş kateqoriyasından olan namizədlər verə bilər və imtahan nəticələri iki gün ərzində iştirakçılara təqdim olunur.
DİM-də keçirilən PTE Academic imtahanı ilə bağlı ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/pearson-vue/