Dövlət İmtahan Mərkəzi tərəfindən 15 aprel 2023-cü il tarixində elektron qeydiyyat sistemindən keçmiş vətəndaşlar üçün “Dövlət idarəçiliyi və dövlət qulluğu sistemləri “ mövzusunda təlim keçirilib.
Təlim zamanı DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşları Elnur Abbasov, Ülviyyə Bədəlova və Gündüz Əhmədli tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri“, “Dövlətin əsasları (dövlətin quruluşu, dövlət hakimiyyəti, qanunvericilik sistemi)”, “Korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.
Təlimlərə elektron qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: