• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi adından Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik!

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      07.11.2023 21:34

      8 noyabr Azərbaycan tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi Zəfər Günüdür. 44 günlük haqq savaşında xalqımızın sarsılmaz birliyi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən təslim olmuşdur. Bununla da, xalqımızın 30 illik həsrətinə son qoyulmuş, şəhidlərimizin qisası alınmış və Respublikamızın ərazi bütövlüyü bərpa olunmuşdur.

      Azərbaycanın taleyinə qızıl hərflərlə yazılan bu möhtəşəm Zəfər xalqımızın qürur mənbəyinə çevrilmişdir. Bu gün fəxarət hissi ilə deyirik, biz qalib ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə, rəşadətli Azərbaycan ordusuna minnətdarıq. Sizin qəhrəmanlığınız, şücaətiniz əbədi qürur mənbəyimizdir.

      Bu gün xalqımız böyük qələbənin xoşbəxtliyi və sevincini yaşayır.

      Qeyd edək ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət dəstəyi həmişə ön planda olub və onlar daim cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşlar. Bu sahədə Dövlət İmtahan Mərkəzi tərəfindən də müxtəlif işlər görülür. Bu istiqamətdə DİM ilə YAŞAT Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. İmzalanan memorandumun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə mənəvi dəstək vermək, onların təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir. Ötən müddət ərzində müxtəlif əlillik dərəcəsinə malik olan qazilərə DİM-in YAŞAT Fondu ilə əməkdaşlığı çərçivəsində gələcək təhsil və karyera istiqamətində irəliləmələri üçün dəstək göstərilməsi təmin edilmişdir.

      Builki qəbul imtahanlarına hazırlaşan qazilərə Mərkəz tərəfindən siniflər üzrə qiymətləndirmə vəsaitləri, test topluları hədiyyə edilmiş və onların müxtəlif növ sınaq imtahanlarında ödənişsiz iştirakına şərait yaradılmışdır. Son bir il ərzində qazilər həmçinin ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunmuşdur. Nəticədə onlar müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmağa müvəffəq olmuşlar.

      Bundan əlavə, Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə vətənimizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə canlarından keçmiş şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə Bakı şəhərində və digər bölgələrdə müxtəlif görüşlər keçirilmişdir. Görüşlərdə iştirakçılara Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri hədiyyə olunmuş, həmçinin otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilmişdir. İştirakçılara verilən kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında, o cümlədən psixoloji dəstək baxımından qiymətli resurs hesab olunan e-psixoloq.az saytı barəsində ətraflı məlumat verilmişdir.

      Bu il həmçinin DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III “YAŞAT” Yay düşərgəsi layihəsi çərçivəsində düşərgə iştirakçıları – şəhid övladları ilə görüşmüşdür. Sədr uşaqlara ixtisas və peşə seçimi barədə məsləhətlər vermiş və şagirdlərin bu prosesdə diqqət etməli olduqları məqamlar haqqında danışmışdır.

      Qeyd edək ki, bu tip tədbirlər gələcəkdə də davam etdiriləcək.

      Sonda bir daha Dövlət İmtahan Mərkəzi adından Zəfər Günü münasiətilə Azərbaycan xalqını təbrik edir, bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anır, qazilərimizə cansağlığı arzulayırıq.

      Zəfərin mübarək, Azərbaycan!


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram