Dövlət İmtahan Mərkəzi 30 may 2026-cı il tarixində DİM-in Gəncə Regional Bölməsində TKT (Teaching Knowledge Test) imtahanı təşkil edib.
İmtahanda 14 nəfər iştirak edib.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:
- TKT Modul 1
- TKT Modul 2
- TKT Modul 3
- TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.