“Könüllülər layihəsi”nin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.
Layihənin müddəti 3 aydır.
Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/
Layihədə iştirak etmək üçün qeydiyyat 10 oktyabr – 1 noyabr 2025-ci il tarixləri arasında aparılacaq. Hər bir mərhələ haqqında ətraflı məlumat Mərkəzin saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.