• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi Qarabağın yaşıllaşdırılmasına dəstək vermək üçün Qarabağ Dirçəliş Fonduna ianə edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      06.11.2025 15:46

      Dövlət İmtahan Mərkəzi Qarabağın yaşıllaşdırılmasına dəstək vermək üçün hər bir əməkdaşının adından Qarabağ Dirçəliş Fonduna bir ağac ianə edib. Fonda ümumilikdə 318 ağac ianə edilib.

      6 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

      Dövlət İmtahan Mərkəzində təşkil olunmuş tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, hər iki qurumun nümayəndələri, həmçinin DİM-in 44 günlük Vətən müharibəsinə qatılan əməkdaşları iştirak ediblər.

      Görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzeylə tanış olublar.

      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbiri giriş sözü ilə açan DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib ki, ikinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm zəfər xalqımızın qürur mənbəyinə çevrilib. Bu tarixi qələbəni bizə yaşadan Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə, rəşadətli Azərbaycan ordusuna minnətdarıq. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət dəstəyi həmişə ön plandadır və onlar daim ölkə rəhbərinin diqqət mərkəzindədirlər. Bu sahədə Dövlət İmtahan Mərkəzi tərəfindən də müxtəlif işlər görülür. Bu istiqamətdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə mənəvi dəstək verilir, onların təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərilir. Həmçinin müxtəlif əlillik dərəcəsinə malik olan qazilərə təhsil və karyera istiqamətində irəliləmələri üçün dəstək göstərilməsi təmin edilir. İmtahanlara hazırlaşan şəhid övladlarına və qazilərə müəyyən vəsaitlər hədiyyə edilir və onların müxtəlif növ sınaq imtahanlarında ödənişsiz iştirakına şərait yaradılır. Bu vaxta kimi Qazilər həmçinin ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunurlar. Bu layihə çərçivəsində 22 qazi artıq ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davam etdirmək üçün kurslara cəlb olunub. Bundan əlavə, şəhid övladları ilə mütəmadi olaraq  psixoloji dəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur. Bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları” kitabları hədiyyə olunub.

      2025-ci ildən etibarən, şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən tanımaq məqsədilə hazırlanan “Peşə Seçimi” aləti də məhz bu uşaqlara təqdim olunub. Bu prosesə artıq Bakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub. 

      Sədr qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın fəxr etdiyini, Dövlət İmtahan Mərkəzinin döyüşlərdə xüsusi fərqlənən bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla təltif olunduğunu da diqqətə çatdırıb. Zəfər Günü ilə əlaqədar həmin əməkdaşlara birdəfəlik pul mükafatının ayrılması və təşəkkürnamə ilə təltif olunması haqqında məlumat verib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

      Sədr həmçinin işğaldan azad edilən ərazilərimizin bərpası, yenidən qurulması üçün cəmiyyətin hər bir üzvünün dəstək göstərməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, Qarabağın yaşıllaşdırılmasına dəstək vermək üçün Zəfər Günü münasibətilə mərkəzin hər bir əməkdaşının adından Qarabağ Dirçəliş Fonduna bir ağac ianə olunub.

      Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış məskənlərinin, tikililərin, infrastruktunu bərpası ilə yanaşı ekoloji tarazlığın bərpası da xüsusi əhəmiyyət kəsb edir. Bu günə qədər bir çox dövlət qurumlarının və şirkətlərin Qarabağ Dirçəliş Fonduna ianə etdiyini diqqətə çatdıran İdarə Heyətinin sədri bu mühüm təşəbbüsə qoşulduqları, Fonda ianə edərək Qarabağda ekoloji tarazlığın bərpasına töhfə verdikləri üçün Məleykə xanım Abbaszadə başda olmaqla Dövlət İmtahan Mərkəzinin kollektivinə təşəkkürünü bildirib, bu addımın Qarabağın dirçəlişi naminə həmrəyliyimizin təzahürü olduğunu vurğulayıb.

      Rəhman Hacıyev bu təşəbbüsün Qarabağda həyata keçirilən “yaşıl enerji” və “yaşıl həyat” konsepsiyalarına dəstək olduğunu vurğulayıb və qeyd edib ki, belə addımlar həm dövlət, həm özəl sektor, həm də cəmiyyət nümayəndələrinin ortaq məsuliyyət və həmrəyliyini nümayiş etdirir.

      Dövlət İmtahan Mərkəzi adından 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, bu qələbəni bizə bəxş edən şəhidlərimizi hörmətlə anır, qazilərimizə cansağlığı arzulayırıq.

      Zəfərin mübarək, Azərbaycan!


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram