Seminar DİM-in işçi qrupuna vəzifələrin təhlili üzrə layihə üçün fokus qruplardan istifadəni təqdim etmək və DİM-in pilot qurumunun fəaliyyətində bu metodun tətbiqinə dair yanaşmanı müəyyən etmək məqsədilə təşkil olunub.
Əvvəlcə SIGMA eksperti Pádraig Love tərəfindən “Fokus qrupları və onlardan vəzifələrin təhlilində istifadə” adlı təqdimatda tədbirin mövzusuna dair nəzəri məlumat nümayiş etdirilib. Bundan sonra fokus qrupun fəaliyyətini təcrübədə daha da səmərəli mənimsəmək məqsədilə SIGMA eksperti Áine Gray, eləcə də yerli ekspert Laura Həmidova tərəfindən tədbir iştirakçıları altqruplara bölünərək praktiki tapşırığı həyata keçiriblər.
Praktiki tapşırıq zamanı SIGMA eskpertləri DİM-in əməkdaşlarına “Fokus qruplara cəlb olunmuş iştirakçılar üçün təlimat” təqdim edib və gələcəkdə praktiki fəaliyyətdə onun istifadəsinə dair tövsiyələr veriblər.
Tədbirin sonunda praktiki tapşırıqdan əldə olunan təcrübə və nəticələr müzakirə edilib.
Layihə çərçivəsində növbəti addım kimi DİM-in eləcə də pilot layihənin digər dövlət qurumları (Qida Təhlükəsizliyi Agentliyi, Bakı Apelyasiya Məhkəməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyi) ilə səriştə əsaslı fokus qrup görüşlərinin keçirilməsi barədə məlumat verilib.
Xatırladaq ki, pilot layihənin məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsidir.