Seminarın məqsədi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən beynəlxalq ТРКИ (Rus dili xarici dil kimi) imtahanları barədə ictimaiyyəti məlumatlandırmaq və imtahanla maraqlanan şəxslərin suallarını cavablandırmaq olub.
Seminar onlayn qaydada (Zoom vasitəsilə) rus dilində təşkil olunub. Tədbirdə 25 nəfər rus dilini tədris edən müəllim, Rusiya universitetlərinə daxil olmaq istəyən tələbələr və rus dilini öyrənmək, biliklərini qiymətləndirmək istəyən şəxslər iştirak ediblər.
Seminarın spikerləri SPDU-nun Test Mərkəzinin müdiri Dmitriy Ptuşkin və rus dili üzrə mütəxəssisi İrina İlyiçova olub.
Seminar iştirakçıların ТРКИ imtahanlarına dair suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, növbəti seminar “Beynəlxalq rus dili imtahanına necə hazırlaşmalı” mövzusunda aprelin 5-də saat 16:00-da keçiriləcəkdir.
Seminarda iştirak etmək istəyən şəxslər verilmiş keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, dünyanın 30-dan çox ölkəsində ТРКИ imtahanının test mərkəzləri fəaliyyət göstərir. DİM Azərbaycanda ТРКИ imtahanlarını təşkil edən yeganə rəsmi test mərkəzdir.