İmtahanda 1 əcnəbi olmaqla 25 nəfər iştirak edib.
Qeyd edək ki, əcnəbi vətəndaş TKT-nin 3 modulu üzrə imtahan verib.
Xatırladaq ki, Kembric İngilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:
• TKT Module 1
• TKT Module 2
• TKT Module 3
• TKT CLIL
Növbəti TKT imtahanı 24 iyun 2023-cü ildə baş tutacaq. Son qeydiyyat tarixi isə 8 may 2023-cü ildir.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.