İmtahan 21 iyun 2025-ci il tarixində DİM-in Suleyman Sani Axundov, 50 ünvanında yerləşən elektron binasında təşkil olunub.
İmtahanda 1 nəfər əcnəbi olmaqla, ümumilikdə 75 nəfər iştirak edib.
İmtahan üç növbəli keçirilib.
Xatırladaq ki, Kembric İngilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:
• TKT Module 1
• TKT Module 2
• TKT Module 3
• TKT Module YL
Növbəti TKT imtahanı 22 avqust 2025-ci ildə baş tutacaq. Son qeydiyyat tarixi isə 9 iyul 2025-ci ildir.
Eyni zamanda Gəncə şəhərində ilk dəfə TKT imtahanı 30 avqust 2025-ci ildə keçirəcək. Son qeydiyyat tarixi isə 16 iyul 2025-ci ildir.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.